This is a specific ad

23-24 fevral tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

44

Another advertisement

23-24 fevral tarixlərində Gürcüstanın bəzi rayonlarında yağıntılı hava şəraiti gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, paytaxt Tbilisidə az yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): fevralın 23-də yağış yağacağı gözlənilir, fevralın 24-də isə havanın yaxşılaşacağı gözlənilir. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): fevralın 23-də yağış yağacağı, fevralın 24-də hava şəraitinin dəyişəcəyi gözlənilir. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): fevralın 23-də yağıntılı olacağı, fevralın 24-də isə hava şəraitinin mülayimləşəcəyi gözlənilir. Hava temperaturu gündüz +12, +14 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): fevralın 23-də qar yağacağı, fevralın 24-də yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu gündüz +5, +7 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Hava temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Hava temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qar yağacaq. Hava temperaturu -1, +1 dərəcə təşkil edəcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Hakan Fidan Sergey Lavrovla görüşüb – FOTO
Öncəki yazı
“Qarabağ” avrokubokların 1/8 finalına yüksəldi