Another advertisement
Bu gün, iyulun 22-də əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan Azərbaycan Milli Mətbuatının yaranmasından 149 il ötür.
QafqazTürk Media xəbər verir ki, biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media qrupu olaraq, Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirik!
Xatırladırıq ki, XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin naşiri və redaktoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri olmuş Həsən bəy Zərdabi idi.
Qəzetin ərsəyə gəlməsində onunla yanaşı Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların da böyük xidmətləri olub.
H.Zərdabi dünyagörüşü etibarilə maarifçi-demokrat idi. O, Azərbaycan teatrının yaranmasında, ilk xeyriyyə cəmiyyətinin təşkilində, qız məktəbinin açılmasında, ana dilində təhsilin həyata keçirilməsində və başqa sahələrdə misilsiz rol oynamış ziyalı idi.
Bu gün Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media qrupu olaraq, Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabini hörmət və ehtiramla anırıq !
Ruhu şad olsun!