2015-ci il, 13 iyun paytaxt Tbilisidə Vera çayının məcrasından çıxması və güclü sel nəticəsində baş verən təbii fəlakətdən 9 il ötür.
QafqazTürk.com xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb, 2 nəfər itkin düşüb, onlalarla ailə evsiz qalıb.
Daşqın nəticəsində Svanidze küçəsini tamamilə su basıb, Vake-Saburtalonu birləşdirən yol ötürücüsü sıradan çıxıb. Qəhrəmanlar meydanını və “Mziuri” parkını su basıb. Tbilisi zooparkı demək olar ki, tamamilə məhv edilib. Heyvanların böyük bir hissəsi seldə tələf olub, bəziləri isə quşxanalardan şəhərə qaça bilib.
Zooparkda və it sığınacağında 200-dən çox heyvan tələf olub, maddi ziyan 50 milyonu ötüb.