This is a specific ad

21 nəfərin ölümü ilə nəticələnən 13 iyun faciəsindən 9 il ötür

47

Another advertisement

2015-ci il, 13 iyun paytaxt Tbilisidə  Vera çayının məcrasından çıxması və güclü sel nəticəsində  baş verən təbii fəlakətdən 9 il ötür.

QafqazTürk.com xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb, 2 nəfər itkin düşüb, onlalarla ailə evsiz qalıb.

Daşqın nəticəsində Svanidze küçəsini tamamilə su basıb, Vake-Saburtalonu birləşdirən yol ötürücüsü sıradan çıxıb. Qəhrəmanlar meydanını və “Mziuri” parkını su basıb.                                                                                                                                                                          Tbilisi zooparkı demək olar ki, tamamilə məhv edilib. Heyvanların böyük bir hissəsi seldə tələf olub, bəziləri isə quşxanalardan şəhərə qaça bilib.

Zooparkda və it sığınacağında 200-dən çox heyvan tələf olub, maddi ziyan 50 milyonu ötüb.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
რუსმა სამშვიდობოებმა აზერბაიჯანის ტერიტორია დატოვეს
Öncəki yazı
Ermənistanda etiraz aksiyalarında çox sayda adam saxlanılıb: Aralarında keşiş də var