21-ci əsrin ekoloji problemi olan plastik çirklənmə: Plastik istifadə etməyi dayandır!

1

1950-ci ildə dünyada hər il 2 milyon plastik istehsal olunurdusa, artıq hər il 380 milyondan çox plastik istehsal olunur. Plastik demək olar ki, hər bir sənayedə, o cümlədən qablaşdırma istehsalında, tikintidə, tekstil, istehlak məhsulları, nəqliyyat, elektrik, elektronika və sənaye maşınlarında istifadə olunur.

Bununla belə, plastiklərin heç biri təbiətdə qısa müddət ərzində kortəbii parçalanma nəticəsində məhv olmur. Plastiklərin yox olması üçün 450-1000 il lazımdır. Qlobal olaraq bu günə qədər dünyada təxminən 8,3 milyard ton plastik var ki, bunun da təxminən 6,3 milyard tonu artıq tullantıdır.

2017-ci ilin qlobal statistikasına görə, bu günə qədər istehsal olunan istifadə müddəti bitmiş plastiklərin yalnız 9%-i təkrar emal edilib. Təkrar emal olunmayan plastiklər quruda və dənizdə yığılmağa davam edir və həyatı təhdid edir. Dünyada istehsal olunan plastiklərin hər il 1,5-4,5%-i okeanlara daşınır.Dünyada hər il 100.000 dəniz məməlisi və 1 milyona yaxın quş plastik çirklənməsi səbəbindən məhv olur.

Qeyd edək ki, məlumat “3R Marneuli:Yaşıl Düşün” layihəsi çərçivəsində hazırlanmışdır. Layihə təşəbbüs qrupu “Yaşıl Düşüncə” tərəfindən Taso fondunun maliyyə dəstəyi ilə həyata keçrilir.

0
0
Sonrakı yazı
21-ci əsrin ekoloji problemi olan plastik çirklənmə: Plastik istifadə etməyi dayandır!
Öncəki yazı
რაჭაში, შოვში მეწყერი ჩამოწვა