This is a specific ad

“2030-cu ilə qədər Gürcüstanın Avropa İttifaqına daxil olmasının tamamilə real olduğunu düşünürük”-İrakli Kobaxidze

45

Another advertisement

“Xarici siyasətimizə gəlincə, hər şey bugünkü kimi aydındır, xarici siyasət prioritetlərimiz dəqiq müəyyən edilib, konstitusiya səviyyəsindədir və məqsədimiz Avropa İttifaqına inteqrasiyadır, bunun üçün təbii ki, hər şey ediləcək”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, kompromis predmeti ola bilməyən yeganə məsələ ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyüdür, qalan hər şey müzakirə mövzusudur.

“Güzəşt predmeti ola bilməyən yeganə şey bizim suverenliyimiz, müstəqilliyimiz, ərazi bütövlüyümüzdür. Qalan hər şey, əlbəttə ki, müzakirə mövzusudur. Bizim “qırmızı xətlərimiz” var, lakin eyni zamanda, Gürcüstanın sonda Avropa İttifaqına üzv olması üçün hər şeyi etməyə hazırıq. Bu, həm də yeni seçilmiş prezident, cənab Mixail Kavelaşvilinin mövqeyidir. Hər şey ediləcək ki, biz nəhayət Avropa Birliyinə üzv dövlət olaq. 2030-cu ilə qədər Gürcüstanın Avropa İttifaqına daxil olmasının tamamilə real olduğunu düşünürük”, – İrakli Kobaxidze bildirib.

Sonrakı yazı
Parlament yaxınlığında Yeni il tədbiri təxirə salınıb
Öncəki yazı
Etiraz aksiyasının keçirildiyi Rustaveli prospektinə polis qüvvələri yerləşdirilib