This is a specific ad

“2028-ci ilə qədər iqtisadiyyat 130 milyard lariyə qədər artacaq”- İrakli Kobaxidze

280

Another advertisement

“İqtisadiyyat 2028-ci ilə qədər ən azı 130 milyard lariyə qədər artacaq”.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, bunun üçün əsas şərt sülhün qorunmasıdır.

“Bizim proqnozumuza və mövcud planlara uyğun olaraq əminliklə deyə bilərik ki, iqtisadiyyat 2028-ci ilə qədər ən azı 130 milyard lariyə qədər artacaq. Əgər biz bunu bacarsaq və indiki tempi mütləq qoruyub saxlaya bilsək, bu halda iqtisadiyyat mütləq 130 milyard lariyə qədər artacaq, bunun üçün əsas şərt təbii ki, sülhü qorumaqdır, qalan hər şey bizim öz əllərimizdədir. Biz bu nəticəni mütləq əldə edə biləcəyik.

O ki qaldı pulun alıcılıq qabiliyyətini nəzərə alaraq iqtisadiyyatın necə böyüdüyünə, bu, əhalinin sosial vəziyyətinin hesablandığı əsas meyardır. Bu baxımdan bizim ağır, uyğun vəziyyətimiz var idi. İqtisadiyyatımız dollarla alıcılıq qabiliyyətinə görə 2012-ci ildə təxminən 10 min dolları təşkil edirdi və biz bu rəqəmə görə dünyada 109-cu idik.

2024-cü ildə biz alıcılıq qabiliyyətinə görə artıq 25000 ABŞ dollarını keçmişik və təkcə iqtisadiyyatı belə inkişaf etdirməmişik, həm də digər ölkələrlə müqayisədə daha sürətli iqtisadi artım əldə etmişik və gördüyünüz kimi, 109-cu yerdən 77-yə qədər irəliləmişik.

2028-ci ilə gəlincə, burada bizim analoji proqnozumuz kifayət qədər iddialıdır və bizim planlarımıza və proqramımıza uyğundur. İqtisadiyyatımızın alıcılıq qabiliyyəti baxımından adambaşına 36 min dolları keçəcəyini proqnozlaşdırırıq. Bu halda biz artıq 66-cı pilləyə yüksələcəyik. Bu o deməkdir ki, biz bu işdə digər ölkələrlə müqayisədə daha sürətli artım əldə edəcəyik”, – deyə baş nazir bildirib.

İrakli Kobaxidze 2012-ci ilin göstəricilərini müqayisə edib və 2028-ci ilin perspektivlərindən danışıb.

 “Gürcüstan 2012-ci ildə elə bu parametrlə digər ölkələrlə müqayisədə xeyli geridə qalırfı, biz Fransadan, Böyük Britaniya və İtaliyandan təxminən 4 dəfə, Yunanıstanda isə təxminən 2,5 dəfə geridə idik. Bolqarıstanla da kifayət qədər ciddi geriliyimiz var idi. Bundan əlavə, Ukrayna və Moldovadan başqa bütün namizəd ölkələri bizi qabaqlayırdı, Ukrayna bizdən bir qədər geridə qalırdı. 2028-ci ilə dair proqnozumuza gəlincə, 2028-ci ilə qədər aparıcı Qərbi Avropa ölkələri ilə müqayisədə geriləmə artıq iki dəfədən az olacaq. Əgər dörd dəfə geriləmə var idisə,  artıq  bu gerilik qabaqcıl inkişaf etmiş Qərbi Avropa ölkələri ilə müqayisədə iki dəfədən də az olacaq. Yunanıstan və Bolqarıstana gəlincə, burada gerilik minimal olacaq, Avropa İttifaqı ilə danışıqlara başlayan namizəd ölkələrə gəlincə, biz bütün ölkələri qabaqlayacağıq. Bu, mövcud tendensiya və planlarımız əsasında çox cəsarətlə verə biləcəyimiz vəddir”, – deyə İrakli Kobaxidze qeyd edib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Anakliya limanının ilk gəmiləri qəbul edəcəyi vaxt bəlli oldu
Öncəki yazı
8 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı