Another advertisement
Agentlik etnik azlıqların müəllimləri üçün ana dilindən imtahanın təşkili üzərində işləyir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb.
“Bütün etnik azlıqların müəllimləri bu gün də öz ana dilində istənilən fənn üzrə öz səriştələrini təkmilləşdirmək imkanına malikdirlər. Biz bunun üzərində işləmişik və planımız ondan ibarətdir ki, 2025-ci ildə etnik azlıqların müəllimləri erməni və Azərbaycan dillərindən birləşmiş və xüsusi müəllim imtahanlarından keçəcəklər”, – deyə Təhsil Nazirliyindən bildiriblər.