2025-ci ildə sosial yardım alan şəxslərin işlə təmin olunması üçün büdcədən 103,3 milyon lari xərclənəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə 2025-ci ilin büdcə layihəsinin birinci variantında qeyd olunub.
2022-ci ildə başlanmış proqramın maliyyələşdirilməsi hər il artır. Bu dəfə 2024-cü il planı ilə müqayisədə onun büdcəsi bir qədər 600 min lari artırılıb.
2022-ci il martın 1-dən sosial cəhətdən həssas şəxslərin ictimai işlərdə məşğulluğu proqramı həyata keçirilir və ona cəlb olunan vətəndaşların əmək haqqı 300 larini təşkil edir. Proqrama qoşulan şəxslər 4 ilərzində sosial cəhətdən həssas qrup statusunu itirmirlər. Müxtəlif büdcə təşkilatlarında işçilər yardımçı işləri yerinə yetirirlər, məsələn, təmizlik, aşpaz köməkçisi, gözətçilik və digər xidmətlər.
2023-cü ildə 39 999 sosial cəhətdən həssas şəxs ictimai işlərə cəlb edilib. Səhiyyə Nazirliyinin 30 iyun 2024-cü il tarixli məlumatına görə, 30 278 nəfər sosial cəhətdən həssas şəxs ictimai işlər üçün aktiv müqavilə bağlayıb.