Milli Statistika İdarəsi (Geostat) 2025-ci il üzrə iqtisadi artımın ilkin proqnozunu açıqlayıb. İlkin hesablamalara əsasən, 2025-ci ilin sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ümumi daxili məhsul (ÜDM) 6,4 faiz artıb.
Geostat-ın məlumatına görə, cari ilin doqquz ayının orta iqtisadi artım tempi isə 7,7 faiz səviyyəsində müəyyən edilib.
Qurumun açıqlamasında bildirilir ki, 2025-ci ilin sentyabr ayında iqtisadi artıma əsasən aşağıdakı sektorlar mühüm töhfə verib: istehsal, nəqliyyat və anbar, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələri.
