Yəqin ki, hər kəs bu sözləri eşitmişdir: “Millennial”, “Gen Z”, “Gen X”, “Gen Alfa” — onlar müxtəlif nəsillərə aiddir. Məsələn, Millenniallar 1981-1996-cı illər arasında doğulmuş insanlardır, Z nəslinə isə 1997-2012-ci illər arasında doğulmuş hər kəs daxildir.
Bundan sonra nəsil Alfha, yəni 2024-cü ilə qədər doğulanlar gəlir. Müvafiq olaraq, 2025-ci il tamamilə yeni nəslin başlanğıcını qeyd edir və bu, Beta adlanır.
Hər bir nəsil bu insanların davranışlarına və digər xüsusiyyətlərinə təsir edən mədəni, texnoloji və sosial mühitlə müəyyən edilir. Hər bir belə zaman kateqoriyası təxminən 15 illik dövrü əhatə edir və dünyada baş verən dəyişikliklərlə bağlıdır.
Millenniallar və Gen Z sürətlə inkişaf edən texnologiya erasında, Alfa isə ağıllı texnologiya və süni intellekt (AI) dövründə doğulub. Bu sahələr inkişaf etməyə davam etdikcə Beta nəsli süni intellekt və avtomatlaşdırmanın gündəlik həyatın ayrılmaz hissəsi olacağı bir dünyada yaşayacaq.
“Bu, çox güman ki, gündəlik olaraq avtonom nəqliyyat, tibbi səviyyəli texnologiyalar və immersiv virtual mühitlərlə qarşılaşan ilk nəsil olacaq.”
“Onların formalaşma illərində fərdiləşdirməyə daha çox diqqət yetiriləcək – AI alqoritmləri onların öyrənmə, alış-veriş və sosial qarşılıqlı ehtiyaclarına bu gün qismən təsəvvür edə biləcəyimiz şəkildə uyğunlaşacaq”- “Alfha nəsli” terminini işlədən tədqiqatçı və futurist Mark McCrindle şirkətin bloq yazısında yazıb.
Nəsil Beta-nın valideynləri sosial media dövründə böyüdükləri üçün onun müsbət və mənfi təsirlərindən xəbərdardırlar. Buna görə də övladlarının texnologiyadan istifadə tarazlığına nəzarət etməkdə çətinlik çəkməyəcəklər.
Proqnozlara görə, 2035-ci ilə qədər Beta nəsli dünya əhalisinin 16%-ni təşkil edəcək və onların çoxu 22-ci əsrdə yaşayacaq.