2024-cü ildən etibarən dekabrın 1-dək 6 yaşı tamam olan uşaqlar birinci sinfə daxil ola biləcəklər.
Sözü gedən qərarı Təhsil və Elm naziri Giorgi Amilaxvari hökumət iclasından sonra açıqlayıb.
“Biz məktəbə qəbul yaşı məsələsini müzakirə etdik. Son illər valideynlər tərəfindən maraq və müraciət çox olub və biz bu istiqamətdə dəyişikliklər etməyə 2 il əvvəl başladıq.
Müxtəlif sahələr üzrə mütəxəssislərlə məsləhətləşmələr nəticəsində hesab edirik ki, bu dəyisiklik dekabrın 31-dək 6 yaşı tamam olanlara şamil olunsun.
Bu qərar istəyə bağlıdır və valideyn uşağın məktəbə hazır olmadığını hesab edərsə, biz öhdəliyi bağçanın üzərinə qoyuruq və valideyn uşağı bağçaya qoyub bir ildən sonra isə birinci sinifə qeydiyyatdan keçirə bilər”, – Giorgi Amilaxvari bildirib.