Another advertisement
2024-cü ildə Yer planetinin əhalisi 71 milyon nəfər artaraq 8,09 milyard nəfər təşkil edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, ötən il yer kürəsinin əhalisi 2023-cü illə müqayisədə 0,9% artıb. 2025-ci ilin yanvar ayında hər saniyədə orta hesabla 4,2 yeni körpənin doğulacağı və 2 nəfərin öləcəyi təxmin edilir.
Bundan əlavə, ABŞ əhalisi haqqında məlumatlar dərc edilib, ona əsasən, 2024-cü ildə 2,6 milyon nəfər artıb və 2025-ci ildə 341 milyona çatıb.