Another advertisement
2024-cü ilin yanvar-iyun aylarında Gürcüstanda diri doğulanların sayı 18 633 nəfər olub. Eyni dövrdə ölkədə 22 265 nəfər dünyasını dəyişib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Statistikaya görə, 2024-cü ilin birinci yarısında təbii artım (diri doğulanların və ölənlərin sayı arasındakı fərq) -3632 nəfər müəyyən edilib. Təbii artımın müsbət göstəricisi Tbilisidə (478) və Acara Muxtar Respublikasında (621) qeydə alınıb.
Nikah və boşanmaların nisbətinə gəlincə, 2024-cü ilin ilk 6 ayında 9924 nikah, 6859 boşanma halı qeydə alınıb.