2024-2027-ci illərin Marneuli bələdiyyəsinin büdcə sənədinə daxil edilmiş prioritet məsələlərin ilkin versiyasının ictimai müzakirəsi – ƏTRAFLI

0

📊 Bu gün Marneuli şəhərinin ictimai kitabxanasında, Marneuli Munisipalitetinin 2024-2027-ci illərin büdcə sənədinə daxil edilmiş prioritet məsələlərin ilkin versiyasının ictimai müzakirəsi keçirilib. Sənəddə Munisipalitetin ortamüddətli dövr üçün nəzərdə tutulan gəlirləri, vergiləri, o cümlədən prioritetlər (proqramlar/alt proqramlar) üzrə nəzərdə tutulan məbləğlər öz əksini tapıb.

👥️️ Marneuli Munisipaliteti merinin müavini – Zurab Panqani, sözügedən görüşü açaraq, qərarların qəbulu prosesində vətəndaşların iştirakının əhəmiyyətindən danışıb. Maliyyə-büdcə xidmətinin rəhbəri Koba Çxitunidzenin təqdimatından sonra görüş sual-cavab rejimində davam edib.

✔️ Görüşdə yerli özünüidarəetmə və qeyri-hökumət sektorunun nümayəndələri, mülki fəallar və mövzu ilə maraqlanan vətəndaşlar iştirak ediblər.

🌐 Tədbir – USAID-in Yerli Özünüidarəetmə Proqramı çərçivəsində, Vətəndaş Cəmiyyəti İnstitutunun (CSI) dəstəyi ilə keçirilib.

0
0
Sonrakı yazı
რა შეიძელება გამოიწვიოს ანტიდიაბეტური პრეპარატის ინექციამ,რომელსაც წონის დასაკლებად თვითნებურად იყენებენ?ენდოკრინოლოგი გვაფრთხილებს.
Öncəki yazı
2024-2027 წლის ბიუჯეტის დოკუმენტში შეტანილი პრიორიტეტული საკითხების პირველადი ვერსიის საჯარო განხილვა