This is a specific ad

2023-cü ilin mart ayında tikinti xərcləri indeksi – STATİSTİKA

51

Another advertisement

2023-cü ilin mart ayında tikinti xərcləri indeksi əvvəlki ayla müqayisədə 1,7% artıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.

Sözügedən dəyişiklik əsasən tikinti sənayesində maaşla işləyən işçilərin orta aylıq nominal əmək haqqının 14,8% artması ilə əlaqədar olub ki, bu da ümumi indeksin dəyişməsinə 2,55% bəndi təsir edib.

“2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 6,6% artıb. İndeksin artımına əsasən tikinti materiallarının qiymətlərinin 4,8% bahalaşması səbəb olub ki, bu da indeksin ümumi dəyişməsində 2,69% bəndi təşkil edib”, – deyə məlumatda bildirilib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Azərbaycanda bu avtomobillər və ehtiyat hissələri kəskin BAHALAŞDI
Öncəki yazı
Yaxın günlərdə gözlənilən hava şəraiti – PROQNOZ