This is a specific ad

2023-cü ilin II rübündə Gürcüstanlı turistlərin xarici ölkələrdəki xərcləri – STATİSTİKA

50

Another advertisement

2023-cü ilin II rübündə Gürcüstandan xaricə 698 min səyahətçinin getməsi qeydə alınıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıqdır.

QafqazTürk.com xəbər verir ki bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Səyahətlərin böyük hissəsi, daha dəqiq desək, 47%-i 31-50 yaşlı səyahətçilər tərəfindən həyata keçirilib. Ziyarətçilər tərəfindən edilən səfərlərə gəldikdə isə hesabat dövründə onların sayı 543,6 min nəfər təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 34% çoxdur.

Hesabat dövründə səfərlər zamanı çəkilmiş xərclər 514,3 milyon lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6% çoxdur. Bir ziyarət üçün orta qiymət 2022-ci ilin II rübü ilə müqayisədə 15,9% azalaraq 946,0 lari təşkil edib.

2023-cü ilin ikinci rübündə Gürcüstanın rezident qonaqlarının xaricə səfərləri zamanı çəkdikləri xərclərin xərc kateqoriyalarına görə bölgüsü aşağıdakı kimidir:

  • Alış-veriş – 223,7 milyon lari
  • Qida və içkilər – 142,8 milyon lari
  • Yerləşmə – 71,5 milyon lari
  • Yerli nəqliyyat – 41,7 milyon lari
  • Əyləncə, sağlamlıq, mədəniyyət və idman tədbirləri – 20,8 milyon lari
  • Digər xərclər – 13,8 milyon lari
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Gürcüstanın şəkər idxalı bahalaşıb
Öncəki yazı
Tarixdə ilk dəfə Hindistanın kosmik gəmisi Ayın cənubuna endi