This is a specific ad

2023-cü ildə Gürcüstandan ən çox hara səyahət ediblər?

58

Another advertisement

2023-cü ildə Gürcüstan rezidentlərinin  xarici səfərlərinin sayı 2,2 milyon nəfər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 33% çox , 2019-cu ildəkindən isə 5% azdır.

QafqazTürk.com xəbər verir ki,bu barədə PMCG araşdırmasında qeyd olunub.

Məlumat görə, 2023-cü ildə ziyarətçilərinin demək olar ki, yarısı Türkiyəni (43%), Ermənistanı (15%), Avropa İttifaqını (14%) və Rusiyanı (12%) seçib.

Ziyarətçilərin xərclərinə gəlincə, bu, 2023-cü ildə 2 milyard lariyə çatıb ki, bu da 2019-cu illə müqayisədə 2% azdır.

Eyni zamanda, xərclərin bölgüsündə dəyişikliklər müşahidə olunur, xüsusən də alış-verişin payı kəskin artıb, ərzaq məhsullarının payı isə azalıb.

Tədqiqatda qeyd edildiyi kimi, 2023-cü ildə Gürcüstan vətəndaşlarının xarici səfərlərinin əsas məqsədi alış-veriş (ümumi ziyarətlərin 35%-i), sonra isə dost və ya qohumları ziyarət etmək (32%) olub.

Qeyd edək ki, 2019-cu illə müqayisədə əsas məqsədi peşəkar səfərlər (-6%) və dost və ya qohumlarını ziyarət etmək (-4%) olan ziyarətçilərin payı azalıb.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
BALACA ELİFİN KÖMƏYİNİZƏ EHTİYACI VAR – FOTO
Öncəki yazı
İstanbulda gecə klubunda yanğın: 29 nəfər həyatını itirdi