Another advertisement
2023-cü ildə dünyada 99 jurnalist və media işçisi öldürülüb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Jurnalistlərin Müdafiə Komitəsi məlumat yayıb.
Təkcə İsraillə Həmas arasında gedən müharibənin ilk üç ayında 72 jurnalist öldürülüb. Onların əksəriyyəti fələstinlilərdir.
Münaqişələr nəticəsində ölənlər arasında 3 livanlı və 2 yəhudi jurnalist də var.
Bununla yanaşı, 2023-cü ildə Ukraynada media nümayəndələrinin ölüm hallarının sayı azalıb. İki jurnalist – ukraynalı Boqdan Bitik və fransız Armand Solden həlak olub.