2023-cü ildə Gürcüstan rezidentlərinin xarici səfərlərinin sayı 2,2 milyon nəfər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 33% çox , 2019-cu ildəkindən isə 5% azdır.
QafqazTürk.com xəbər verir ki,bu barədə PMCG araşdırmasında qeyd olunub.
Məlumat görə, 2023-cü ildə ziyarətçilərinin demək olar ki, yarısı Türkiyəni (43%), Ermənistanı (15%), Avropa İttifaqını (14%) və Rusiyanı (12%) seçib.
Ziyarətçilərin xərclərinə gəlincə, bu, 2023-cü ildə 2 milyard lariyə çatıb ki, bu da 2019-cu illə müqayisədə 2% azdır.
Eyni zamanda, xərclərin bölgüsündə dəyişikliklər müşahidə olunur, xüsusən də alış-verişin payı kəskin artıb, ərzaq məhsullarının payı isə azalıb.
Tədqiqatda qeyd edildiyi kimi, 2023-cü ildə Gürcüstan vətəndaşlarının xarici səfərlərinin əsas məqsədi alış-veriş (ümumi ziyarətlərin 35%-i), sonra isə dost və ya qohumları ziyarət etmək (32%) olub.
Qeyd edək ki, 2019-cu illə müqayisədə əsas məqsədi peşəkar səfərlər (-6%) və dost və ya qohumlarını ziyarət etmək (-4%) olan ziyarətçilərin payı azalıb.