2023-cü ildə Gürcüstanda qeydiyyatdan keçmiş Rusiya şirkətlərinin 99%-nin fəaliyyət sahəsi məlum deyil.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat verib.
O cümlədən, 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstanda Rusiya vətəndaşlarının iştirakı ilə 9364 şirkət qeydiyyatdan keçib, onlardan 9278 şirkət fəaliyyət sahələrini dəqiqləşdirməyib.
Rusiya şirkətlərinin fəaliyyət göstərdikləri sahələr bunlardır:
İnformasiya və rabitə – 58 subyekt
Peşə, elmi və texniki fəaliyyət – 13subyekt topdan və pərakəndə ticarət;
Avtomobil və motosiklet təmiri – 5 subyekt
Yerləşdirmə və ərzaq təchizatı fəaliyyəti – 3 subyekt
İnzibati və yardımçı xidmətlərin fəaliyyəti – 2 subyekt
İncəsənət, əyləncə və istirahət – 1 subyekt
Daşınmaz əmlakla bağlı fəaliyyət – 1 subyekt
Nəqliyyat və anbar təsərrüfatı – 1 subyekt
Digər xidmətlər – 1 subyekt
Bundan əlavə, Saxstat-ın məlumatına görə, 2022-ci ildə Gürcüstanda Rusiya tərəfinin iştirakı ilə 15 166 şirkət qeydiyyatdan keçib, onlardan 12 713 şirkətin fəaliyyət sahəsi məlum deyil.