This is a specific ad

2023-2024-cü tədris ilindən II sinifə yeni icbari fənn daxil edilib

51

Another advertisement

2023-2024-cü tədris ilindən II sinifə yeni icbari fənn daxil edilib – I və II siniflər üçün şahmat üzrə dərslik yenidən işlənib.

Təhsil naziri Giorgi Amilaxvari ümumi təhsilin ibtidai təhsil səviyyəsinin I və II sinifləri üçün şahmat fənnin icbari olması sərəncamını imzalayıb.İkinci sinifdə şahmatın tədrisinin davam etdirilməsi ilə bağlı qərar ictimaiyyətə 2023-cü ilin əvvəlində məlum olub.

Fevral ayında 2023-2024-cü tədris ilindən etibarən ikinci sinif şagirdləri üçün şahmat dərslərinin məcburi olmasına dair sərəncam verilib. Məlum olduğu kimi, şahmat 2022-2023-cü dərs ilindən I sinifdə icbari fənn olub.

“Məktəbdə buna uyğun hazırlanmış müəllim varsa, şahmat o halda öyrədilir.Təhsil Nazirliyi müəllimlərin hazırlanmasının qayğısına qalıb.Saimerlo məktəbində belə oldu müəllimlər hazılaşdırıldı daha sonra isə birinci sinifdə şahmat öyrətməyə başladılar. Şahmat oyunu uşağın əqli inkişafında müsbət rol oynayır. Şahmat oyunu dünyagörüşünün inkişafına təsir edir, diqqətli olmağı, fikirləşməyi, müqayisə etməyi, əvvlcədən oyununun nəticəsini görməyi öyrədir. İxtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünü inkişaf etdirir. Uşaqlarda səbirlilik qabiliyyətini, özünü ələ almaq, dözümlülük hissini artırır. Onlarda özünə tənqidlə yanaşmaq, sərbəst qərar vermək hisslərini güclənir. Şahmatı ən çox da hiperaktiv (dəcəl,dinamik) uşaqlara öyrətmək lazımdır”.-deyə Saimerlo məktəbinin müəllimi Rusudan Darbaidze qeyd edib

Kateqoriya: Gündəm
Sonrakı yazı
Rustavidə ödənişsiz kinolar nümayiş etdiriləcək
Öncəki yazı
Avropa İttifaqı Ermənistana hərbi yardım göstərməkdən imtina edib – ƏTRAFLI