This is a specific ad

2022-ci ildə birbaşa xarici investisiyaların həcmi artıb – Gürcüstana ən çox investisiya yatıran ölkələr hansılardır

73

Another advertisement

2022-ci ildə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 2,09 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisindən 1,7 dəfə, 2022-ci ilin ilkin məlumatlarından isə 4,9 faiz çoxdur.

QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat verir.

2022-ci ilin dəqiqləşdirilmiş məlumatlarına əsasən, birbaşa xarici investisiyaların ümumi həcmində iki ən böyük investor ölkənin payı 38,0 faiz təşkil edib.

Birinci yerdə Böyük Britaniya – 20,8 faiz (437,0 milyon ABŞ dolları), ikinci yerdə – 17,2 faiz (360,5 milyon ABŞ dolları) ilə İspaniya, üçüncü yerdə isə 9,4 faiz (196,2 milyon ABŞ dolları) ilə Hollandiya qərarlaşıb.

2022-ci ildə iki ən böyük sektorun payı (birbaşa xarici investisiyalar baxımından) 43,1 faiz təşkil edib. Ən çox birbaşa xarici investisiya maliyyə və siğorta fəaliyyəti sektoruna qoyulmuş və 538,0 mln. ABŞ dolları təşkil edib ki, bu da birbaşa xarici investisiyaların ümumi həcminin 25,6 faizini təşkil edir. İkinci yerdə daşınmaz əmlak sektoru 366,5 mln. ABŞ dolları (17,5 faiz), üçüncü yerdə isə su təchizatı və tullantıların idarə edilməsi üzrə 197,2 mln. ABŞ dolları (9,4 faiz).

Məlumat üçün bildirək ki, indiyədək ən yüksək sərmayə, demək olar ki, 2 milyard dollar 2017-ci ildə qeydə alınıb, lakin dəqiqləşdirilmiş məlumatlara görə, 2022-ci il birbaşa xarici investisiyalar baxımından rekord il olub.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Kondisionersiz evdə istidən xilas olmağın sadə üsulları
Öncəki yazı
Türkiyə XİN-dən Laçın yolu ilə əlaqədar BƏYANAT