This is a specific ad

2018-2022-ci illərdə sosial müavinət alanların sayı 48% artıb

22

Another advertisement

“PMC” tədqiqat mərkəzinin məlumatına görə, son beş ildə sosial müavinət alanların sayı 48% artaraq 439 mindən 648 minə çatıb. Müavinət alan əhalinin xüsusi çəkisi isə 12 faizdən 18 faizə yüksəlib.

“Ümumilikdə, son beş ildə sosial müavinəti alanların sayı xeyli artıb. Qeyd edək ki, benefisiarların sayının artması ilə yanaşı, proqramın maliyyələşdirilməsi üçün büdcə xərcləri də artıb. Buna baxmayaraq, bir ailə üçün yaşayış minimumu hələ də orta yaşayış minimumundan aşağı olaraq qalır. Həmçinin, məşğulluğun təşviqi üzrə dövlət proqramının dinamikası göstərir ki, əhalinin iqtisadi fəallığı hələdə aşağı səviyyədədir, baxmayaraq ki, artım tendensiyası var”, – PMC qeyd edir.

Məlumat üçün bildirək ki, Gürcüstanda Sosial Müavinət Proqramı reytinq balı 120.001-dən az olan ən yoxsul ailələrə maddi yardım göstərir. Reytinq balı Sosial Xidmətlər Agentliyi tərəfindən müəyyən edilir və ailənin gəlir və əmlakını əks etdirir. Xüsusilə, bal nə qədər aşağı olarsa, ailə bir o qədər yoxsuldur. Gürcüstanda bütün ailələr Sosial Xidmətlər Agentliyi platformasında qeydiyyatdan keçib sosial müavinəti tələb edə bilərlər. 

Sonrakı yazı
Ermənilər Laçını ATƏŞƏ TUTDU
Öncəki yazı
Bu quru meyvə 2 saata şəkəri salır