20 Yanvar – hüzn və qürur günümüz

5

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi Azərbaycan xalqının öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli səhifəsidir.

Harada yaşamağımızdan asılı olmayaraq, 20 Yanvar faciəsini bir millət olaraq böyük ürək ağrısı, həm də şərəf və qürur hissi ilə qeyd edirik.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, Azərbaycan xalqı qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu.

20 Yanvar şəhidləri arasında tarix yazan soydaşlarımızdan biri də Marneulinin Kirəc Muğanlı kəndindən olan Vəfadar Osman oğlu Eminovdur.

Bu gün, yanvarın 18-də Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun rəhbərliyi ilə təşkilatın bir qrup əməkdaşı, həmçinin “Qafqaz Türk Media” portalının yaradıcı heyəti, kənd sakinləri və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları: Eldar bayramov , Ramel Lətifov, Elyar Məmmədzadə şəhid ailəsini ziyarət etmiş və öz ürək sözlərini unudulmaz şəhidimizin doğmalarına çatdırmşlar.

Çıxışlardan bəzi çıxarışları diqqətinizə çatdırırıq.

GAK sədri Hüseyn Yusubov:

– Sözsüz ki, Azərbaycan var olduqca bu tarixi gün hər zaman ümumxalq hüzn günü kimi qeyd olunacaq. Lakin 20 Yanvar həm də Azərbaycan xalqının bütün sonrakı qələbələrinin başlanğıcı oldu. Buna görə də biz buna həm də qürur yerimiz deyirik! Kirəc Muğanlı kəndi ta bineydən mədəniyyət beşiyi kimi tarixə düşüb. Həsən Məcruh, Abbas Kirəcli, Vahid Kirəcli.. Saymaqla qurtarmaq olmaz! Sonralar Kirəc Muğanlı həm də qəhrəmanlar yurdu kimi tanındı! Bu adı ona Vəfadar kimi oğullar qazandırıb. Mən Vəfadarın doğmalarına bir daha təşəkkürlərimi çatdırıram. Elə bir övlad yetişdiriblər ki, doğrudan bir ailənin uşağı olmaqdan çıxaraq, bütöv bir elin fəxrinə çevrilib.

Azərbaycan səfirliyinin məsul əməkdaşı Eldar Bayramov:

– Mən də öz növbəmdə Vəfadar Osmanoğlunun timsalında bütün 20 Yanvar şəhidlərinə rəhmət deyirəm. Onlar rahat uyuya bilərlər. Çünki intiqamları da alındı, üstəlik də öncə məhz onların sayəsində Azərbaycan öz müstəqilliyinə qovuşdu.

Buradakı soydaşlarımızın övladları Vəfadar kimi övladlardan nümunə götürürlər. Eşitdim ki, bu ailənin daha bir övladı onun adını daşıyır. Bizim səfirliyin bütün əməkdaşları, başda cənab səfirimiz Faiq müəllim olmaqla, buradakı soydaşlarımızı daim diqqət mərkəzində saxlayırıq.

Səfirliyin məsul əməkdaşı Ramel Lətifov:

– Hər kəsə təşəkkür edirəm ki, şəhidin xatirəsini belə əziz tuturlar. Başqa cür də ola bilməz! Gürcüstandakı soydaşlarımız təkcə 20 Yanvarda deyil, Qarabağ savaşlarında da tarix yazdılar! Valideynlərə “Sağ olun, var olun!” deyirəm! Vəfadar bir alim də ola bilərdi, layiqli bir vətəndaş da ola bilərdi. Lakin o, Haqqa yürüdü! Xatirəsi hər birimiz üçün əzizdir və əziz olaraq da qalacaqdır.

…Anım mərasiminin sonunda şəhidin bacısı Gülnarə Musayevanln Almaz Həsrətlə birlikdə yazdıqları “Xarıbülbülün qərənfilə müjdəsi” adlı kitabının təqdimatı keçrilib. Burada başqa qəhrəmanlar sırasında Vəfadar Eminova həsr olunmuş təsirli səhifələr də yer alıb.

Şəhidin qardaşı Etibar Eminov, yaxın qohumu Arif Məmmədov hər kəsə öz qardaş və qohum minnətdarlığını çatdırıblar.

Allah bütün şəhidlərə rəhmət eləsinMilli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi Azərbaycan xalqının öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli səhifəsidir.

Allah bütün şəhidlərə rəhmət eləsin!!

1
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
20 იანვარი მწუხარების და სიამაყის დღე
Öncəki yazı
მარნეულში „ლელოს“ ოფისი გაიხსნა