• 08 Dekabr 2023 14:31

20 ölkənin kəşfiyyat rəhbərlərinin məxfi toplantısı baş tutub

Avatar photo

ByHacı Xəlilzadə

İyn 4, 2023

Dünyanın ən böyük 20 kəşfiyyat xidmətinin yüksək vəzifəli məmurları Sinqapurda gizli görüş keçirib.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, kəşfiyyat rəhbərlərinin belə görüşləri Sinqapur hakimiyyət orqanları tərəfindən təşkil olunur və bir neçə ildir ki, Şanqri-La Dialoqunun təhlükəsizlik sammiti zamanı gizli şəkildə keçirilir.

Bildirilir ki, belə toplantılar tərəflərin niyyətlərini və hədəflərini dərindən anlamağa kömək edir.

Görüşdə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynesin də iştirak etdiyi vurğulanır. Bundan əlavə, iki ölkə arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, tədbirdə Çinin nümayəndəsi də iştirak edib.

Lakin Rusiya tərəfi görüşə dəvət olunmayıb.

61960cookie-check20 ölkənin kəşfiyyat rəhbərlərinin məxfi toplantısı baş tutub