This is a specific ad

20 ildən sonra Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanır

93

Another advertisement

“Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan dilinin orfoepiya lüğəti” və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni hazırlayır”.

QafqazTürk.com xəbər verir ki,bununla bağlı  institutun aparıcı elmi işçisi, professor İsmayıl Məmmədli məlumat verib.

O qeyd edib ki, “Azərbaycan dilinin orfoepiya lüğəti” artıq son hazırlıq mərhələsindədir:

“Orfoepiya lüğəti təxminən iyun ayının sonuna qədər hazır olacaq. Çap olunacağı tarixi isə əvvəldən demək çətindir. Amma ilin sonuna qədər bütün proseslərin yekunlaşması gözlənilir”.

“Azərbaycan dilinin orfoepiya lüğəti”nin sonuncu dəfə 20 il öncə – 2004-cü ildə çap olunduğunu xatırladan professor budəfəki lüğətin daha zəngin olacağını söyləyib:

“Əvvəlki lüğətdə 18 minə yaxın sözün tələffüzü qeyd olunmuşdu. İndi isə təxmini 30 minə yaxın sözün tələffüzünü hazırlamışıq. Əsasən ümumişlək sözlər lüğətə daxil edilib. Tam hazır olduqda ictimaiyyətə təqdim ediləcək”.

İsmayıl Məmmədli “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndəki söz sayının isə 150 minə çatdırılmasının hədəfləndiyini söyləyib:

“Bilirsiniz ki, orfoqrafiya ilə bağlı bəzi mübahisəli məqamlar olmuşdu. Onları aradan qaldırmağa çalışdıq. Amma bu lüğətin hazır olması vaxt aparacaq. Əslində, orfoqrafiya lüğəti beş ildən bir çap olunur. Bu dəfə isə yenidən müzakirəyə təqdim edilə bilər”.

Kateqoriya: Təhsil
Sonrakı yazı
QHT-lər “xarici agentlər haqqında” qanunla bağlı iddia qaldırmağa hazırlaşır
Öncəki yazı
“WhatsApp” qrup çatları ilə bağlı yeni FUNKSİYA