This is a specific ad

20 il Heydər Əliyevsiz və daim Heydər Əliyevlə!

19

Another advertisement

Bu gün Heydər Əliyevin əbədiyyətə qovuşmasının 20-ci ili tamam olur.

Biz, QafqazTürk Media olaraq, harada yaşamasından asılı olmayaraq, tarixin bu kədərli günündə bütün dünya azərbaycanlıları kimi, dahi şəxsiyyət Heydər Əliyevin anım gününü böyük sayğı və minnətdarlıq hissi ilə qeyd edirik. Böyükdən-kiçiyə hamımız bu dahi şəxsiyyəti dərin hörmətlə anır, ruhuna sonsuz ehtiramımızı bildiririk.

İllər keçdikcə onun təkcə Azərbaycan naminə deyil, həm də Azərbaycan – Gürcüstan əlaqələrinin inkişafında, bu mədəni, iqtisadi, siyasi əlaqələrin yeni zirvələrə daşınmasında gördüyü işlərin miqyası daha aydın şəkildə dərk olunur! O illərdə Heydər Əliyevin çox böyük əməyi, zəhməti hesabına yaradılan bu zəngin münasibətlər indi öz bəhrəsini verir və verəcəkdir!

Heç təsadüfi deyildir ki, bu gün Gürcüstan – Azərbaycan münasibətləri dünya üçün bir nümunəyə çevrilib.

…2023-cü ildə qalib Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin vəsiyyətlərinin həyata keçirilməsi istiqamətində növbəti uğurlu addımlar atdı: Qarabağda suverenlik təmin olundu, Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalandırıldı. Bu, “Heydər Əliyev İli”nin ən mühüm hadisəsinə çevrildi.

Gürcüstan azərbaycanlıları olaraq, biz qürur hissi duyuruq ki, Azərbaycan xalqı özünün böyük oğlunun növbəti anım gününü belə əlamətdar hadisələr fonunda qeyd edir.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin ruhu şad olsun!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
20 წელი ჰეიდარ ალიევის გარეშე და 20 წელი ჰეიდარ ალიევთან ერთად
Öncəki yazı
Öskürəyi kəsir, soyuqdəymənin qarşısını alır