This is a specific ad

20 bıçaq zərbəsi və ölkədən qaçmaq üçün əvvəlcədən alınmış bilet- qətlin yeni təfərrüatları

258

Another advertisement

Dəhlizdəki müşahidə kamerasının görüntüləri Beka Caianiyə qarşı əsas sübutlardan biridir. Videoda cinayətkar olduğu iddia edilən şəxsin axşam saat 19:00 radələrində Kesaria Abramidzenin yaşadığı evə gəldiyi və 15 dəqiqədən sonra pilləkənlərlə aşağı qaçaraq binanı tərk etdiyi görünür.

QafqazTürk Media xəbər verir ki, məlumata görə, işdə hüquq-mühafizə orqanları əməkdaşlarının Abramidzenin mənzilindən çıxardıqları qətldə istifadə olunan soyuq silah da var.

Qonşuluqdakı sakinlər dava səsini eşitməyib, sadəcə qadın qışqırtısını eşidiblər. Çölə çıxan qonşulardan biri dəhlizdə sürətlə hərəkət edən Beka Caiani ilə toqquşub. Öldürülən Abramidzeni öz mənzilində tapan, qanaxmanı dayandırmağa çalışan da o qonşu olub, lakin qadının bədəninin müxtəlif nahiyələrində 20 bıçaq yarası olub və o, yerindəcə dünyasını dəyişib.

Qətl çox güman ki, əvvəlcədən planlaşdırılıb. Bunu Caianinin əvvəlcədən aldığı təyyarə bileti də təsdiq edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu gecə saatlarında Kutaisi hava limanı yaxınlığında həbs ediblər.

Beka Caianinin atası da gecə boyu polisdə dindirilmədə olub. Onun istintaqa hansı məlumatı verdiyi məlum deyil, digər ailə üzvləri Caiani və Kesaria Abramidzenin tanışlığından xəbərdar olduqlarını desələr də, qarşıdurma barədə məlumatlı olmadıqlarını bildiriblər.

Cinayətin motivi hələlik rəsmi olaraq məlum deyil, lakin Kesaria Abramidzenin dostları onun sosial şəbəkələrdə yerləşdirdiyi fotolara və münasibətlərinin ictimailəşməsinə görə qətlin baş verdiyini güman edirlər. Həmçinin bildirilir ki, Kesariya sevgilisi tərəfindən bir neçə dəfə zorakılığa məruz qalıb və bu barədə qurbanın özü bir neçə ay əvvəl sosial şəbəkədə yazıb.

Ona edilən zorakılığa baxmayaraq, Kesaria Abramidze heç vaxt polisə müraciət etməyib. Dostları deyirlər ki, zərərçəkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına heç bir ümidi olmayıb, çünki Beka Caianinin hüquq-mühafizə orqanları əməkdaşları ilə yaxınlıq əlaqələri olub.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
20 Sentyabr tarixinə olan valyuta məzənnəsi belə olacaq
Öncəki yazı
19 sentyabr- Gürcüstan Hərbi Aviasiya Günü