This is a specific ad

20-22 noyabr tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

18

Another advertisement

Noyabrın 20-22-də hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir.

QafqazTürk.com xəbər verir ki, Gürcüstanda güclü yağıntı, çovğun, tufan gözlənilir və sürüşmə-daşqın proseslərinin aktivləşməsi təhlükəsi var. 

“Noyabrın 20-dən 22-dək Gürcüstanda yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə güclü qar fırtınası, qar uçqunu olacağı, güclü qərb küləyi, dənizdə 4-5 bal gücündə tufan gözlənilir.
Gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər. Dağlıq və yüksək dağlıq rayonlarda güclü qar yağacağı, uçqun təhlükəsi, çovğun və görmə qabiliyyətinin pisləşməsi ilə əlaqədar magistralların müəyyən hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür”, – deyə məlumatda bildirilib. 

Daxili İşlər Nazirliyi də gözlənilən hava şəraiti ilə əlaqədar əhalini diqqətli olmağa çağırır.

“Noyabrın 20-22-də Gürcüstanda hava şəraitinin kəskin pisləşməsi və güclü yağıntılar gözlənilir. Əhalini diqqətli olmağa çağırırıq”, – deyə Daxili İşlər Nazirliyinin SMS məlumatında ​​bildirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Səhər ballı-limonlu su içmənin faydaları
Öncəki yazı
ქალაქი, რომელიც მზის სინათლეს 66 დღის განმავლობაში ვეღარ იხილავს – იქ აწი მხოლოდ 2024 წლის 23 იანვარს გათენდება