• 12 Mart 2025 08:41

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

2 azyaşlının dünyasını dəyişdiyi “Arzu şəhəri” ərazisində nə baş verir?

ByTürkan Şahverdova

Fev 16, 2025
Another advertisement

İki azyaşlının bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi “Arzu şəhəri” adlanan Batumidə yerli sakinlər toplaşıb. Onlar hadisə baş verən zaman aidiyyatı qurumlara zəng etsələr də, uşaqları xilas edə bilməyiblər. Yerli sakinlərin sözlərinə görə, bura tikinti sahəsidir və ətrafı hasarlanmalı idi, lakin təhlükəsizlik təmin edilməyib.

“Kapsulu yerləşdirməyi planlaşdıranda deyirdilər ki, tikinti sahəsi hasarlanacaq, amma faktı görürsünüz. Burada köhnə evlər var idi və onları sökdülər ki, yeni binalar tikilsin. Köhnə evlər sökülüb, ərazi hasarlanmayıb”, – əhali deyir.

Qəza yerinə yerli hökumət nümayəndələri də gəlib. Onlar ərazidə heç bir mənzil tikintisinin aparılmadığını və yaşanılan fakta gəlincə, araşdırma aparıldığını qeyd ediblər.

“Arzu şəhəri” adlanan ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub, ərazi sarı lentlə mühasirəyə alınıb.