Autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən 2 aprel tarixi “Dünya Autizm Məlumatlandırma Günü” kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə cəlb etmək, maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, Autizm sindromu ilk dəfə psixoloq Leo Kanner tərəfindən 1943-cü ildə təyin edilib. Kanner 11 uşaqda gördüyü oxşar xüsusiyyətləri müəyyən edərək, bu sindroma “erkən uşaqlıq Autizm”i adını verib.
Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1 faizi, yəni 70 milyona yaxın insan autizmdən əziyyət çəkir.
2 Aprel – Dünya Autizm Məlumatlandırma Günüdür
