This is a specific ad

19 May – Milli mübarizənin başlanğıcı

53

Another advertisement

Bu gün qardaş Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günüdür. Bayramın qeyd olunması ölkədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır.

Mayın 16 – 19-da Atatürkün İstanbuldan Samsuna səfəri Milli qurtuluş üçün atılan ilk addımın simvolu kimi qəbul olunur.

Məhz bu səfər milli mübarizənin başlanğıcı olur və Atatürk bu günü gənclərə ithaf edir. Atatürk xalqı irəli aparanların və köhnəlmiş fikirlərə qarşı çıxanların gənc fikirli olduğunu gördüyünü bildirir.

“Gənc fikirli olmaq, doğrunu görmək və həqiqətən anlamaq deməkdir”, – deyə Atatürk bildirir. Milli mübarizəni daha sağlam başlamaq və davam etmək üçün gənc fikirlərin önəmli olduğunu əsas tutan lider, elə milli mübarizənin başlanğıcını da “gənc fikirlərə” yəni gənclərə həsr edir.

19 May – Atatürkü anma, Gənclər və İdman Günü Türkiyədə böyük təntənə ilə qeyd edilir.

Biz, “Qafqaz Türk Media” qrupu və Gürcüstan Azərbaycanlıları Konqresi olaraq qardaş Türkiyə xalqını bu bayram münasibətilə təbrik edirik!

Kateqoriya: Maraqlı
Sonrakı yazı
მოსალოდნელია წვიმა და ელჭექი – საქართველოში ამინდი უარესდება
Öncəki yazı
Mübahisəli qanunla bağlı veto haqqında