This is a specific ad

19 avqust tarixinədək gözlənilən hava şəraiti açıqlandı

46

Another advertisement

Gürcüstanda yüksək hava temperaturu avqustun 19-dək davam edəcək.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin qısamüddətli proqnozlar departamentinin rəhbəri Dodo Qvazava məlumat verib.

Onun qeyd etdiyinə görə, avqustun 16-17-də bir az yağış yağa bilər, lakin bu, havanın maksimal temperaturuna təsir etməyəcək.

“Avqustun 14-dək havanın temperaturu 34-39 dərəcə arasında olacaq, Şərqi Gürcüstanda temperatur nisbətən yüksəkdir. Avqustun 15-16-da istilər davam edəcək, lakin havanın maksimal temperaturu 1-3 dərəcə aşağı enəcək.

Qərbi Gürcüstanda temperatur dəyişir, nisbətən sərin və rütubətli hava kütlələri hərəkət edir. Bu vəziyyət avqustun 19-dək davam edəcək. Avqustun 19-dək havanın maksimal temperaturunun enməsi gözlənilmir.

Paytaxtda havanın əsasən yağmursuz və isti keçəcəyi gözlənilir. Üçüncü gündür ki, maksimum temperatur – 39 dərəcə qeydə alınır ki, bu da növbəti günlərdə də davam edəcək. Avqustun 12-dən 14-dək 40 dərəcə isti qeydə alına bilər.

Gələn həftənin birinci yarısında havanın temperaturu yüksək olacaq. Ola bilər ki, avqustun 16-17-də azacıq yağış yağsın, lakin bu, maksimal temperatura təsir etməyəcək”, – deyə Qvazava bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Როდემდე შენარჩუნდება ჰაერის მაღალი ტემპერატურა?
Öncəki yazı
ნავთობი ძვირდება – რა ფაქტორები განაპირობებს ბოლო დღეებში საწვავზე ფასის ზრდას