19-20 yanvar tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

2

19-20 yanvarın tarixlərində Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Qərbi Gürcüstanın aran rayonlarında hava temperaturu +13, +18 dərəcəyə qədər yüksələcək.

Yanvarın 21-də günün sonundan başlayaraq yağış yağacaq, yüksək dağlıq ərazilərdə qar yağacaq. Paytaxt Tbilisidə hava yağmursuz keçəcək. Hava temperaturu gün ərzində +11, +13 dərəcəyədək yüksələcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): yanvarın 19-20-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 21-də isə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): yanvarın 19-20-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 21-də isə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): yanvarın 19-20-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 21-də isə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): yanvarın 19-20-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 21-də isə qar yağacağı gözlənilir. Hava temperaturu gündüz +2, +7 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): yanvarın 19-20-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 21-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +11, +13 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): hava yağmursuz keçəcək. Hava temperaturu gündüz +12, +14 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): 19-20-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 21-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): yanvarın 19-20-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 21-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Hava temperaturu gündüz +2, +7 dərəcə təşkil edəcək”, – deyə agentliyin məlumatında bildirilib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
19-20 იანვარს საქართველოში მოსალოდნელი ამინდის პროგნოზი
Öncəki yazı
მართლმადიდებელი ეკლესია ნათლისღებას აღნიშნავს