180 rus əsgəri “Vaqner”ə təslim oldu

0

Rusiya Silahlı Qüvvələrinin bölmələrindən birində 180 əsgər “Vaqner” döyüşsüz təslim olub.

QafqazTürk.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bundan əvvəl “Vaqner” nümayəndələri Rostov və Voronejdə inzibati binaları və hərbi hissələri zəbt etdiklərini və hərbçilərin onların tərəfinə keçdiyini bəyan etmişdilər.

İyunun 23-də “Vaqner”in lideri Yevgeni Priqojin müdafiə naziri Şoyqunu və Baş Qərargah rəisi Gerasimovu onun qüvvələrinə raket zərbəsi endirməkdə və itkilərlə nəticələnən hücumda ittiham edib.
O, Şoyqu və Gerasimovu qisas almaqla hədələyib.

Rusiya hökuməti hadisəni hərbi çevrilişə cəhd kimi qiymətləndirib.

Putin isə yayımlanan videomaterialda üsyançıları cəzalandırmaqla hədələyib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
“Vaqner” döyüşçüsü Rusiya polislərini ələ saldı – VİDEO
Öncəki yazı
ევგენი პრიგოჟინის განცხადებით, რუსეთის თავდაცვის სამინისტროს ძალებმა „ვაგნერის“ ბანაკები დაბომბეს