Milli Ətraf Mühit Agentliyi iyulun 18-20-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
QafqazTürk Media xəbər verir ki, Sinoptiklərin məlumatına görə, iyulun 21-dək Gürcüstanda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var.
Tbilisidə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, küləyin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, havanın temperaturu gün ərzində +27, +29 dərəcə isti təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.