Another advertisement
İyulun 15-dək ölkə ərazisində isti və yağmursuz hava şəraiti gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata əsasən iyulun 15-17-də isə fasilələrlə yağış yağacaq. Hava temperaturu +32, +34 dərəcəyədək yüksələcək.
İyulun 16-17-də Qərbi Gürcüstanda hava temperaturu 3-4 dərəcə aşağı enəcək.
İyulun 12-14-də Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi, qalan günlərdə gündüz qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində hava temperaturu +32, +34 dərəcə təşkil edəcək.