Another advertisement
Rusiyanın Moskva şəhərində 39 yaşlı kişi həyat yoldaşını və övladını 16-cı mərtəbənin pəncərəsindən ataraq öldürüb.
QafqazTürk Media bu barədə Rusiya mətuatına istinadən xəbər verir.
Məlumata görə, kişi evinin pəncərəsindən əvvəlcə həyat yoldaşını, daha sonra isə 2 yaşlı övladını atıb, daha sonra pəncərədən müxtəlif əşyalar tullamağa başlayıb.
Kişi hadisə yerinə səfərbər olan polisə evin qapısını açmasa da, polis onu yaxalaya bilib.
Bütün müvafiq xidmətlər hadisə yerinə səfərbər edilib, araşdırmalar davam etdirilir.