Aprelin 16-dan Gürcüstanda hava temperaturunun əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Məlumata əsasən paytaxt Tbilisidə isti və yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu gün ərzində +27, +29 dərəcəyədək yüksələcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gün ərzində +28, +30 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gün ərzində +31, +33 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): isti və yağmursuz hava gözlənilir. Hava temperaturu gün ərzində +30, +32 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gün ərzində +25, +27 dərəcəyədək yüksələcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): isti və yağmursuz hava gözlənilir. Hava temperaturu gün ərzində +27, +29 dərəcəyədək yüksələcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): isti və yağmursuz hava gözlənilir. Hava temperaturu gün ərzində +27, +29 dərəcəyədək yüksələcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): isti və yağmursuz hava gözlənilir. Hava temperaturu gün ərzində +27, +29 dərəcəyədək yüksələcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcəyədək yüksələcək