Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, o, Rusiya prezidenti Vladimir Putini mayın 15-də Türkiyədə gözləyir.
O qeyd edib ki, Ukrayna diplomatiya üçün lazımi zəmin yaratmaq üçün tam və davamlı atəşkəs gözləyir.
“Biz diplomatiya üçün lazımi zəmin yaratmaq üçün tam və uzunmüddətli atəşkəs gözləyirik. Qətlləri uzatmağın mənası yoxdur. Mən cümə axşamı Türkiyədə Putini gözləyəcəm. Mən ümid edirəm ki, ruslar bu dəfə bəhanə axtarmayacaqlar”, – Zelenski X-də yazıb.
Xatırladaq ki, Fransa, Almaniya, Böyük Britaniya, Polşa və Ukrayna liderləri atəşkəsin zəruriliyi ilə bağlı birgə bəyanat yayıblar. Onlar razılaşıblar ki, bazar ertəsi, mayın 12-dən etibarən Ukraynada ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəs olmalıdır. Rusiya prezidenti Vladimir Putin Kiyevə heç bir ilkin şərt olmadan mayın 15-də İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib.