This is a specific ad

15 İyun – Azərbaycanın Milli Qurtuluş günüdür

53

Another advertisement

15 İyun – Azərbaycanın Milli Qurtuluş günüdür.

QafqazTürk.com xəbər verir ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət isə hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib lakin yürüdülən siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini görən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb.

Nəticədə 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

P.S. Biz, QafqazTürk Media, milli dövlətimiz olan Azərbaycan Respublikasını 15 İyun Qurtuluş Günü münasibətilə təbrik edir!

Sonrakı yazı
Cuanşer Burçuladze Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edib – ƏTRAFLI
Öncəki yazı
Dünya rekordu: 801 qram ağırlığında böyrək daşı çıxarıldı