This is a specific ad

15 dekabradək gözlənilən hava şəraiti – PROQNOZ

13

Another advertisement

15 dekabradək Gürcüstanda yağışlı hava şəraiti davam edəcək, dekabrın 15-də isə hava şəraiti dəyişəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Qərbi Gürcüstan düzənliyində havanın maksimal temperaturu gündüz +22 dərəcəyədək yüksələcək, Şərqi Gürcüstanda isə nisbətən soyuq hava şəraiti olacaq.

Dekabrın 12-13-də Tbilisidə yağış, duman, 14-15-də isə yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): dekabrın 15-dək arabir yağış yağacaq. Dekabrın 15-də hava açıq və isti olacaq.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafon, Zuqdidi, Martvili, Ozurqeti): dekabrın 15-dək arabir yağış yağacaq. Dekabrın 15-də hava açıq və isti olacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo): dekabrın 15-dək arabir yağış yağacaq. Dekabrın 15-də hava açıq və isti olacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): dekabrın 15-dək qar yağacağı, dekabrın 15-də isə hava şəraitinin dəyişəcəyi gözlənilir.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): dekabrın 15-dək yağışlı hava olacaq. Hava temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): dekabrın 15-dək yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): dekabrın 15-dək yağıntı gözlənilir. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Calka, Bakuriani, Qudauri, Omalo): dekabrın 15-dək qar, duman və çovğun gözlənilir. Hava temperaturu gündüz +4, +6 dərəcə təşkil edəcək”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Öskürəyi kəsir, soyuqdəymənin qarşısını alır
Öncəki yazı
Ge. Az10 დეკემბერს სოფელ ყარაჯალარში გაიმართა ფარიხანუმის სახელობის მემორიალური კედლის გახსნის ცერემონია.