Yaxın günlərdə Gürcüstanın əksər rayonlarında hava yağıntılı olacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Meteoroloji Agentliyi məlumat yayıb.
məlumata əsasən 15-17 fevral tarixlərində həm paytaxtda, həm də Gürcüstanın qərb və şərqində yağış yağacaq. Şərqi Gürcüstanın dağlıq rayonlarında isə qar gözlənilir.
Tbilisidə fevralın 15-16-da gündüz havanın temperaturu +12, +14 dərəcə, fevralın 17-də isə +5, – +7 dərəcəyə enəcək. Sinoptiklər paytaxtda az yağış yağacağını gözləyirlər.
Sahil bölgələrində (Batumi, Kobuleti,Anaklia, Poti) yağış gözlənilir. Hava temperaturu +12, +14 dərəcə təşkil edəcək.
Aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): yağış gözlənilir, hava temperaturu +13, +15 dərəcə təşkil edəcək.
Dağlıq rayonlarda (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): yağış yağacağı gözlənilir, hava temperaturu +11, +13 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestiya, Baxmaro) qar yağacaq. Hava temperaturu 5-7 dərəcə isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): bəzi ərazilərdə yağış yağacaq. Hava temperaturu fevralın 15-16-da gündüz 12-14 dərəcə isti, fevralın 17-də isə 6-8 dərəcə aşağı enəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə yağış yağacaq . Havanın temperaturu fevralın 15-16-da gündüz 12-14 dərəcə isti, fevralın 17-də isə temperatur 5-7 dərəcə aşağı enəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): fevralın 15-16-da bəzi yerlərdə yağış yağacaq, fevralın 17-də isə qar ehtimalı var. Fevralın 15-16-da hava temperaturu gündüz 10-12 dərəcə isti, fevralın 17-də isə 6-8 dərəcə aşağı enəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo) bəzi ərazilərdə qar yağacaq. Hava temperaturu +3, +5 dərəcə təşkil edəcək.