Məhkəmə 14 yaşlı Aytac Şahmarovanın qətlində təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verib.
Qafqaztürk.com xəbər verir ki, qərar Telavi rayon məhkəməsinin hakimi Mamuka Çiklauri tərəfindən qəbul edilib.
Aytac Şahmarovanın qəsdən öldürülməsi işi üzrə adam öldürməkdə təqsirləndirilən Asim Sadıqov 4 maddə üzrə (ağırlaşdırıcı hallarda ailə üzvünə qarşı qəsdən adam öldürmə; qanunsuz olaraq azadlıqdan məhrum etmə; yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma; odlu silah və döyüş sursatı qanunsuz saxlama) mühakimə olunub.
İstintaq materiallarına görə, ötən il oktyabrın 6-da Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarova ilə ailə qurmaq məqsədilə zorla qaçıran Asim Sadıqov tərəfindən qətlə yetirilib.
Prosesdə Aytac Şahmarovanın atası iştirak edib. Onun sözlərinə görə, hakim ədalətli qərar verib.
Atac Şahmarovanın işi ilə bağlı daha bir neçə nəfər saxlanılıb. Onların arasında Aytacın anası və dayısı da var.