14 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

125

Kvareldə Nekresi monastırı yaxınlığında baş verən yol qəzasında 14 nəfər xəsarət alıb.

Qarşı istiqamətdə hərəkət edən minik avtomobili ilə mikroavtobus toqquşub.

Toqquşma nəticəsində hər iki avtomobildə olan sərnişinlər arasından ümumilikdə 14 nəfər xəsarət alıb.

Yaralılar Telavi Referal Xəstəxanasına yerləşdirilib və müvafiq müayinələrdən keçirilir.

Hadisə şahidlərinin sözlərinə görə, mikroavtobusda şirkətlərdən birinin işçiləri gedirmiş.

Hadisə yerinə polis, xilasetmə və təcili xidmət qrupları səfərbər edilib.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Sinoptiklərdən əhaliyə xəbərdarlıq
Öncəki yazı
Vahid Milli İmtahanlar bu tarixdə başlayacaq