This is a specific ad

14 İyul tarixinədək hava durumu açıqlandı

26

Another advertisement

İyulun 14-dək Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, güclü küləyin əsəcəyi gözlənilir.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Tbilisidə hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +35, +37 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Kartlidə bəzi yerlərdə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz +35, +37 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplisçğaro): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu yağa və güclü külək əsə bilər. Havanın temperaturu gündüz +35, +37 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Çalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək”, – məlumatda bildirilir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov səfir Faiq Quliyevi təbrik edib
Öncəki yazı
Valideynlərin nəzərinə!- Səhiyyə Nazirliyi uşaqları həddindən artıq istidən qorumaq üçün tövsiyələr verir