Aprelin 14-ü Gürcüstanda gürcü dilinin müdafiəsi günü, Ana Dili Günüdür.
37 il əvvəl, 1978-ci il aprelin 14-də Gürcüstan əhalisi gürcü ziyalıları ilə birlikdə kütləvi çıxış təşkil edərək, Sovet İttifaqının Gürcüstanda gürcü dilinin dövlət dili kimi ləğv edilməsi qərarına qarşı çıxdı.
1978-ci il aprelin 14-də 15 minə yaxın insan Tbilisi Dövlət Universitetindən Rustaveli prospektinə yürüş etdi. Tələbələrə, ziyalılara başqa vətəndaşlar da qoşuldu və Rustaveli prospektinə 100 minə yaxın insan toplaşdı . Sovet İttifaqı tarixində ilk dəfə olaraq kommunist rejimi geri çəkildi və gürcü dili dövlət dili kimi saxlanıldı.
Bu tarixi hadisəyə görə, 14 aprel Ana Dili Günü olaraq elan edilmiş və bu tarixlə əlaqədar olaraq ənənəvi olaraq hər il “Ana Dili” abidəsində müxtəlif tədbirlər təşkil olunur.