Şida Kartlidə 22 yaşlı gənc 13 yaşlı yeniyetməyə qarşı əxlaqsız hərəkət etməkdə ittiham edilərək həbs edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 141-ci maddəsinin 2-ci hissəsinin “f” bəndi ilə, yəni yetkin şəxs tərəfindən on dörd yaşına çatmayan şəxsə qarşı zorakılıq tətbiq edilməsi haqda cinayət işi başlanıb.