Another advertisement
13 ildən sonra ilk uçuş
Türk Hava Yolları (THY) aviaşirkəti Suriyanın paytaxtı Dəməşqə (Şam) uçuşlara başlayacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Aviaşirkət Dəməşqə ilk reysi yanvarın 23-də edəcəyini açıqlayıb.
Dəməşqə həftədə 3 reys nəzərdə tutulur.
Xatırladaq ki, Türkiyə ilə Suriya arasında uçuşlar 2012-ci ildə dayandırılmışdı.